United Biscuits

www.unitedbiscuits.com

1948-ci ildə təsis edilmiş United Biscuits Böyük Britaniyanın ən böyük aparıcı və Hollandiya, Fransa, Belçika və İrlandiyanın isə ikinci ən böyük peçenye istehsalçısı və satıcısıdır. Şirin və ləzzətli bişmiş qəlyanaltı markaları ilə müvafiq bir markaya məxsus qəlyanaltı məhsulları üzrə beynəlxalq bazarda lider olan United Biscuits 2014-cü ildə 1,187 milyon funt qlobal gəlir əldə etmişdir. Şirkətin markaları 130-dan çox ölkədə satılır və Avropa, Şimali Amerika, Orta Şərq, Afrika, Hindistan və Asiyanın digər yerlərində və Avstraliyada güclü istehlak bazasına malikdir. United Biscuits Birləşmiş Krallıq, Belçika, Fransa, Hollandiya, Nigeriya, Hindistan və Orta Şərqdə istehsal müəssisələrinə malikdir və diqqəti ölkə çərçivəsində və beynəlxalq səviyyədə inkişafa yönəltmişdir.

Brendlər