Tat Gida

www.tatgida.com

1967-ci ildə Bursa şəhərinin Mustafakemalpaşa əyalətində yaradılmış Tat Gıda elə hal-hazırda da Mustafakemalpaşa-Bursa, Karacabey-Bursa və Torbalı-İzmir zavodlarında makaron məmulatı, ketçup, pomidor məhsulları və konservləşdirilmiş tərəvəzlərin istehsalı ilə məşğuldur. Şirkətin məqsədi qida sektorundakı bilik və bacarıqlardan istifadə etməklə öz müştərilərinə hər yerdə sağlam, etibarlı və yeni məhsullar təklif edərək həyata dəyər qatmaqdır. Tat Gıda Yaponiyadan tutmuş ABŞ-a qədər dünyanın 40-dan çox ölkəsini öz məhsulları ilə təmin edir.