Toksöz Qrupu tərəfindən qurulan Sanset Sentyabr 2007-ci ildə TSMF-dən Tadelle, Sarelle, Gol və Sagra markalarını alaraq qida sektoruna girdi. Sansetin missiyası dünyanın qabaqcıl "sağlam, keyfiyyətli ləzzət" şirkəti olmaqdır. Sanset, istehsal fabrikalarında yüksək sağlamlıq və təhlükəsizlik standartları ilə işləyərək, dünyanın ən zəngin fındıq bağçalarının olduğu Qara dəniz bölgəsinin Ordu şəhərində istehsal fəaliyyətlərini həyata keçirir. Fabrikin illik istehsal gücü 30 min ton təşkil edir. Sanset məhsulları trans yağ, yemək boyası, konservantlar ehtiva etmir. Kimyəvi reaksiyalar vasitəsilə əldə edilən vanil əvəzinə təbii vanil istifadə olunur. Bu xüsusiyyətlər xüsusil' nəzarətdə saxlanılır və idxal edilmiş xammallar ancaq bu standartlara cavab verən təchizatçılardan alınır. Bu məhsullarda istifadə edilən şəkər şəkər qamışlarından əldə edilir. Beləliklə məhsulların tərkibinə fruktoza və ya qlükoza kimi şəkər qatılmır.