Papağan Kuruyemiş günəbaxan tumu, fındıq, yer fındığı, kişmiş, qara gavalı qurusu, boranı tumu və qızardılmış noxud daxil olmaqla geniş çeşiddə qablaşdırılmış çərəz və quru meyvə istehsal edir. Ekmekçioğlu qrupunun bir hissəsi kimi fəaliyyət göstərən Papağan Kuruyemiş istehsalçılar tərəfindən təchiz edilmiş ən yüksək keyfiyyətli məhsulları 9500 kv.m. qapalı sahə və 40000 kv.m. açıq sahədən ibarət olan ən son texnologiya ilə təchiz edilmiş zavodunda emal edib qablaşdırır və geniş distribütor şəbəkəsi vasitəsilə ölkə daxilində və xaricdə alıcılara çatdırır. Papağan Kuruyemiş Türkiyədə ən böyük və məşhur çərəz və quru meyvə brendlərindən biri kimi fəaliyyətini davam etdirir. 1970-ci illərin əvvəllərində kiçik bir ailə biznesi kimi təsis edilmiş Papağan Kuruyemiş şirkəti 2002-ci ildə Ekmekçioğlu Group tərəfindən alınmışdır. Ekmekçioğlu Group liderlik və idarəetmə təcrübəsini Papağan şirkəti ilə çərəz və quru meyvə sektoruna gətirdi. Papağan Kuruyemiş şirkətini özündə birləşdirən Ekmekçioğlu Group duz və ərzaq sektorlarında fəaliyyət göstərir. İstanbulda kiçik bir sexdə fəaliyyət göstərən şirkət bu müddət ərzində öz istehsalını Tekirdağ/Ergenedə təsis edilmiş müasir zavoda köçürmüşdür. Papağan Kuruyemiş öz məhsullarını İSO 9001:2000 və HACCP Beynəlxalq Ərzaq Təhlükəsizliyi Sisteminin standartlarına və qaydalarına, Avropa normalarına uyğun olan gigyena, sağlamlıq və keyfiyyət standartlarına müvafiq olaraq həyata keçirir.

Brendlər