KOROZO fəaliyyətə 1973-cü ildə qablaşdırma sənayesində başlamışdır. Sektorun lideri sürətlə inkişaf edərək ildən-ilə davamlı investisiyalarla qablaşdırma sahəsində yeni rekordlara imza atmışdır. 2009-cu ildə KOROZO İzmir, KOROPLAST, KORSİNİ-SAF və SAREKS şirkətləri KOROZO brendi altında birləşmişdir. Bu gün geniş məhsul çeşidi və illik 98.000 tonluq istehsal gücü ilə KOROZO Orta Şərq və Avropada ən nəhəng istehsal zavodlarından birinə çevrilmişdir. 6 istehsal müəssisəsində 1.700-dən artıq peşəkar işçisi ilə KOROZO İstanbulda 124.900 kv. m. qapalı əraziyə, İzmirdə ümumi ərazisi 41.900 kv. m. olan 3 istehsal müəssisəsinə sahibdir. Baş ofisi beynəlxalq ticarət məkanı olan İstanbulda yerləşən, müasir maddi-texniki bazaya və əsas bazarlara geniş çıxış imkanlarına sahib olan KOROZO şirkəti Birləşmiş Krallıq, Almaniya və Fransada yerləşən ofislərinin də dəstəyi ilə bütün dünyaya xidmətlərini təqdim edir. 70-dən çox ölkəyə etdiyi ixracat vasitəsilə güclənən KOROZO yüksək texnologiya, innovasiyalar və araşdırma və inkişaf layihələrinə qoyduğu investisiyalar vasitəsilə yüksəlib qlobal brendə çevrilmişdir. 43 illik təcrübəmizə əsaslanaraq, müştəri ehtiyaclarını prioritetləşdirmək istiqamətində davamlı olaraq apardığımız işlər təchizat və xidmət dairəmizi zənginləşdirir. KOROZO Türkiyədə ilk zibil torbasını və soyuducu torbasını “KOROPLAST” markası altında istehsal etmişdir. İstanbul Ticarət Palatasının apardığı sorğulara əsasən, KOROZO həmişə Türkiyənin ilk 500 sənaye şirkəti arasında yer tutub.

Brendlər