General Electric

www.gelighting.com

General Electric (GE) Nyu-Yorkda yaradılan və baş ofisi Konnektikut ştatının Ferfild şəhərində yerləşən çoxmillətli konqlomerat korporasiyadır. 2015-ci ildən etibarən şirkət aşağıdakı seqmentlər vasitəsilə fəaliyyət göstərir: ev cihazları, maliyyə xidmətləri, tibbi xidmətlər, tibbi-bioloji elmlər, farmasevtik, avtomobil, proqram və mühəndislik sənayesinin tələbatını təmin edən cihazlar, enerji və su, neft və qaz, enerjinin idarə olunması, aviasiya, səhiyyə, nəqliyyat və kapital.