Ferrero

www.ferrero.com

Ferrero Group çoxmillətli şirkət kimi uğurlu təcrübəyə malikdir. Ferrero Group dünyaca məşhur markalara sahib olan və konsolidasiya edilmiş dövriyyəsi 9.542 milyon avro təşkil edən bir şirkətdir. Group bütün dünyada 78 törəmə şirkətlə fəaliyyət göstərir. Bu filiallar sırasına daxil olan 22 istehsal müəssisəsindən üçü isə sosial təşkilat qismində çıxış edir. Ferrero məhsulları birbaşa şəkildə və ya səlahiyyətli distribyutorlar vasitəsilə dünyanın 160-dan çox ölkəsində təqdim olunur. Group Nutella, Ferrero Rocher, Tic Tac, Kinder Surprise və Rafaello markaları ilə daha çox məşhurdur.