1952-ci ildə İstanbulda bir şirniyyatçı dükanı olaraq fəaliyyətə başlayan “Elvan Gıda” bu gün 6-ı Türkiyə daxilində, 2-i xarici ölkələrdə yerləşən fabrik və 1500-dən işçiyə sahib olan qlobal bir şirkətdir. Elvan Şirkətlər Qrupuna daxil olan “lntersweet” şirkəti 5 qitədə 100-dən artıq ölkəyə ixrac həyata keçirərək və 200 milyon dollara yaxın investisiya yatıraraq Türkiyənin ən böyük 5-ci ixracat şirkətidir. “Elvan Gıda” hər il “Candy lndustry” tərəfindən hazırlanan və dünyanın ən yaxşı şirniyyat şirkətlərini siyahıya alan “Global 100” siyahısına daxil olaraq 81-ci yerə layiq görülüb. Eyni zamanda, şirkət Türkiyə brendlərini dünya markasına çevirmək məqsədilə həyata keçirilən “Turquality” proqramına daxil edilmişdir.