Eczacibaşı Professional

www.eczacibasiprofesyonel.com

Eczacıbaşı İstehlakçı Malları Qrupunun tərkibindəki şirkətlərdən biri olan "Eczacıbaşı Profesyonel" öz müştərilərinə peşəkar təmizlik, gigiyena, qida məhsulları və xidmətlər təklif edir. Müştəri yönümlü satış komandası və satış sonrası səmərəli xidmətləri sayəsində "Eczacıbaşı Profesyonel" müştərilərin bütün tələblərinə cavab verən aparıcı türk şirkətlərindən birinə çevrilib. "Eczacıbaşı Profesyonel" öz məhsullarını "Təmizlik Kağızı Məhsulları", "Təmizlik və Gigiyena Məhsulları" və "Qida Məhsulları" adlı üç kateqoriyada təqdim edir. "Eczacıbaşı Profesyonel" gigiyena sahəsində Selpak Professional, Marathon, Maratem, Tana Professional və Dispohave markaları ilə təmsil olunur. "Eczacıbaşı Profesyonel"-in qida markaları sırasına isə Oralet, Oralet Çay, Unifood, Nektar Natura, Splenda və Cezbeli Qəhvə daxildir. "Eczacıbaşı Profesyonel" öz müştərilərinə məhsullarla yanaşı EP Akademi ilə birlikdə təhsil, yoxlama və konsultasiya xidmətləri də təklif edir.