Eczacıbaşı

www.eczacibasi.com

1942-ci ildə yaradılmış Eczacıbaşı 49 şirkəti özündə birləşdirən, 13,300 nəfər əməkdaşı olan və 2015-ci il üçün ümumi xalis dövriyyəsi 8.4 milyard türk lirası təşkil edən nüfuzlu türk sənaye qrupudur. Eczacıbaşı, əsasən, tikinti məhsulları, istehlak malları və səhiyyə xidmətləri sektorları ilə fəaliyyət göstərir. Bundan əlavə, Qrup maliyyə, informasiya texnologiyaları, qaynaq texnologiyası, dağ-mədən işləri və tikinti layihələrinin maliyyələşdirilməsi sahələrindəki fəaliyyəti ilə də seçilir. Türkiyədə Eczacıbaşı tikinti materialları, farmasevtik məhsullar və tez-tez istifadə olunan istehlak malları üzrə ölkənin ən səmərəli paylayıcı şəbəkələrinə malik biznes müəssisələri ilə lider mövqeyində dayanır. Dünyada Eczacıbaşı özünün VitrA, Burgbad, Villeroy and Boch (Tiles) və Engers markaları sayəsində dünyada evlər və ticarət obyektləri üçün vanna otağı və kirəmit məhsulları təklif edən ən önəmli təchizatçılar sırasına daxildir. O, həmçinin, kağız dəsmal, qaynaq elektrodları, elektron smart kartlar və yapışdırıcılar və şpat kimi sənaye xammal materialları da ixrac edir.