BSN və Gervais Danone şirkətlərinin 1972-ci ilin dekabrında birləşməsindən ərsəyə gələn Danone şirkətinin hekayəsi Daniel Karasso və Antuan Ribaudun gözlənilməz görüşü ilə başlamışdır. Hal-hazırda Danone baş ofisi Parisdə yerləşən Fransanın beynəlxalq ərzaq məhsulları korporasiyasıdır. Şirkətin dörd biznes xətti vardır: Təzə Süd məhsulları, Sular, Uşaq Qidaları və Tibbi Qidalar. ABŞ-da şirkət Dannon Company kimi fəaliyyət göstərir. Şirkət Euronext Paris və OTCQX bazarlarında ADR (Amerika Əmanət Sənədi) proqramı vasitəsilə siyahıya salınmışdır. Danone 130-dan çox bazarda təmsil olunur və 2015-ci ildə yarısından çoxu inkişaf etməkdə olan ölkələrdə olmaqla, 22,4 milyard Avroluq satış həyata keçirmişdir. 2015-ci ildə şirkətin ümumi satış həcminin 50%-ni təzə süd məhsulları, 22%-ini uşaq qidaları, 21%-ni sular və 7%-ni isə Tibbi Qidalar təşkil etmişdir.

Brendlər