Amerika kosmetika məhsulları istehsalçısı olan Coty şirkəti Fransua Koty tərəfindən 1904-cü ildə Fransanın Paris şəhərində təsis edilmişdir. Şirkətin əsas məhsulları ətirlər, rəngləyici kosmetik vasitələr, bədən və üz qulluğu məhsullarıdır. Şirkət ətirlərin hazırlanmasında dizaynerlər və məhşurlarla etdiyi əməkdaşlığı yadda qalır. Şirkətin ən tanınmış və yaxud ‘’aparıcı’’ brendləri: Calvin Klein (ətirlər və kosmetika), Chloe (ətirlər), Davidoff (ətirlər), y (ətir), Marc Jacobs (ətirlər), Philosophy (kosmetika məhsulları), Adidas (ətir və kosmetik vasitələr), Playboy (ətirlər), OPI Məhsulları, Rimmel London and Sally Hansen. Coty şirkəti təqribən $9 milliard gəliri, zəngin təşəbbüskarlıq irsi və aparıcı brendlərdən ibarət zəngin portfeli ilə dünyanın ən aparıcı gözəllik məhsulları istehsalçılarından biridir. Coty ətir istehsalına görə dünya lideri, saç qulluğu məhsulları istehsalına görə 2-ci yerdə, rəngləyici kosmetik vasitələrin istehsalına görə 3-cü yeri tutur. Coty şirkəti 3 istiqamətdə istehsalatı həyata keçirir: Coty Consumer Beauty, Coty Luxury və Coty Professional Beauty. Bunlardan hər biri özünə uyğun kateqoriya və kanallarda fəaliyyətə yönəlib və bu şöbələrin strateji strukturu cəld qərar verməyə, məqsədyönlü investisiyaların qoyulmasına, satıcı və müştərilərlə daha yaxşı əlaqələrin qurulmasına imkan verir. Zəngin kommersiya bilikləri və dünya görüşünə malik liderlərlə işləyən Coty şirkətinin məqsədi gözəllik sahəsində qəbul edilmiş normaları tamamilə dəyişməkdir. Biznesdə yüz ildən artıq fəaliyyət göstərən Coty şirkəti təsis olunduğu gündən yaradıcılı və sahibkarlıq bacarığı ilə işini inkişaf etdirməkdə davam edir.

Brendlər