BP bütün dünyada məşhur olan transmilli şirkətdir və mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət dünyanın ən böyük 6 enerji şirkəti sırasındadır. 1908-ci ildə yaradılmış, 1954-cü ildən bəri isə "British Petroleum" adını daşıyır. BP şirkətlər qrupunun bir parçası olan Castrol 19 mart 1899-cu ildə Çarles Veykfild tərəfindən İngiltərədə qurulub. İlk illər yaradıcısının adını daşısa da markanın artan məşhurluğu səbəbi ilə 1909-cu ildən etibarən Castrol adını daşımağa başladı. Castrol çatdırılma şəbəkəsi 800 limanı əhatə edən və 2000-dən çox distribyutor və agent ilə əməkdaşlıq edən 120 ölkəni əhatə edir. Son dövrlərdə, NASA-nın “Curiosity” kəşfiyyat robotu 2012-ci ildə Marsda öz həyəcanverici missiyasına başlayarkən, Castrol sənaye yağları “Curiosity”nin təkərlərindən kameralarına qədər bütün hissələrinin düzgün işləməsində əsas rol oynadı. Bu konsistent sürtgü yağı -80 dərəcədən +204 dərəcə Selsiyə qədər dəyişən temperaturda fəaliyyət göstərmək üçün kosmik proqrama əsasən hazırlanmışdır. Avtomobil və motosikletlər üçün nəzərdə tutulmuş Castrol sürtgü yağları yüksək məhsuldarlıq və keyfiyyətinə görə istehsalçı və sürücülər tərəfindən bəyənilir. Castrol həmçinin torpaq, dəniz və havada fəaliyyət göstərən bir çox başqa avadanlıqlar üçün sürtgü yağları istehsal edir.

Brendlər