lDS Borjomi International

www.ids-borjomi.com/en/

“IDS Borjomi International” Rusiyada, Ukraynada və Gürcüstanda qablaşdırılmış mineral su istehsal edən müəssisələri birləşdirən beynəlxalq şirkətdir. 2002-ci ildən başlayaraq şirkət MDB və Baltikyanı dövlətlərdə aparıcı mövqeyə malikdir. Hal-hazırda “IDS Borjomi International” məhsulları dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. Şirkət Avrasiya regionunun ən böyük mineral su istehsalçılarından biridir. Borjomi keçmiş sovet ölkələrində mineral suların ən öncül nümunəsi hesab olunur. 2015-ci ildə şirkət portfelinin ən aparıcı və əfsanəvi brendi olan dünyaca məşhur gürcü mineral suyu Borjominin 125-ci il dönümünü keçirdi. Qablaşdırıldığı gündən 125 il ərzində Gürcüstanda doğulmuş bu brend dünyanın 40 ölkəsində istehlakçıların qəlbini fəth etmişdir.

Brendlər