Yeni brendimiz var- Castrol

08 MAR 2018

Castrol bütün dünyada avtomobil, sənaye, dəniz, aviasiya, neft kəşfiyyatı və istehsal sahəsi üzrə müştəriləri üçün premium sürtgü yağlarının, konsistent sürtgü yağlarının və onlarla əlaqədar xidmətlərin aparıcı istehsalçısı, distribütoru və marketoloqudur. Baş ofisi İngiltərədə yerləşən şirkət dünyada 46-dan çox ölkədə birbaşa fəaliyyət göstərir və burada təxminən 7,500 işçi çalışır. 74 ölkədə isə məhsulları yerli qaydada satan üçüncü tərəf olan distribütorlar tərəfindən təmsil olunur. Castrol çatdırılma şəbəkəsi 800 limanı əhatə edən və 2000-dən çox distribyutor və agent ilə əməkdaşlıq edən 120 ölkəni əhatə edir. Son dövrlərdə NASA-nın “Curiosity” kəşfiyyat robotu 2012-ci ildə Marsda öz həyəcanlı missiyasına başlayarkən, Castrol sənaye yağları “Curiosity”nin təkərlərindən kameralarına qədər bütün hissələrinin düzgün işləməsində əsas rol oynadı. Bu konsistent sürtgü yağı -80 dərəcədən +204 dərəcə selsiyə qədər dəyişən temperaturda fəaliyyət göstərmək üçün kosmik proqrama əsasən hazırlanmışdır. Avtomobil və motosikletlər üçün nəzərdə tutulmuş Castrol sürtgü yağları yüksək məhsuldarlıq və keyfiyyətinə görə istehsalçı və sürücülər tərəfindən güvənilir. Castrol həmçinin torpaq, dəniz və havada fəaliyyət göstərən bir çox başqa avadanlıqlar üçün də sürtgü yağları istehsal edir.