Xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsilə cəlb olunur

04 OKT 2018

 Azərbaycanın 19 bölgəsində UAFA-nın İcma Əsaslı Reabilitasiya, İnklüziv Məktəbəqədər Təhsil, Erkən Müdaxilə Mərkəzlərinin ödənişsiz xidmətlərindən yararlanan 210 nəfər xüsusi qayğıya ehtiyacı olan gənc və uşaq təhsilə cəlb olunub!
Yasamal İƏR Mərkəzindən isə 2 gənc artıq ali təhsil müəssisələrinin tələbəsidirlər.

Təşkilat özü 1998-ci ildə "uşaqlara, onların sağlamlığına və təhsilinə xüsusi diqqət yetirməklə Azərbaycanda uzunmüddətli həyat inkişafına kömək etmək" missiyası ilə yaradılmışdır. Böyük Britaniyada qeydə alınmasına baxmayaraq, UAFA yerli bir QHT kimi fəaliyyət göstərir, uşaqların inkişafı, təhsil və  rifahı sahəsində ən yaxşı təcrübələri sayəsində yeni islahatlar həyata keçirir. Qurucu, Gwendolyn Burchell, 2004-cü ildə Kraliça tərəfindən  mükafata layiq görülmüşdür. 1998-ci ildən bəri Azərbaycanda yaşayır və işləyir.