UAFA ilə əməkdaşlıqdan qürur duyuruq!

11 İYL 2018

Azərbaycana Birləşmiş Yardım təşkilatının (UAFA) Rəhbər Komitəsinin üzvü olduğunu elan etməkdən qürur duyuruq! Təşkilat ilə əməkdaşlığımız 2018-ci ilin əvvəlində yoxsulluq, əlillik və yaşayış yerinin əlverişsizlilyi ucbatından məktəbəqədər təhsil sistemindən uzaq düşən əlilliyi olan uşaqların ehtiyaclarını qarşılamaq  məqsədilə məktəbəqədər təhsil layihəsinin sponsorlarından biri olduğumuzda başladı. Pilot layihə 2012-2014-cü illərdə Aİ tərəfindən maliyyələşdirilmiş, Təhsil Nazirliyinin xarici qiymətləndirməsindən sonra isə daha 4 rayonda yaradılmış 17 məktəbəqədər müəssisəni cəlb etmişdir. Layihə üzrə tətbiq olunan model aşağıdakı kimidir:
• 1 uşaq bağçası metodisti yerli kəndlərdə 4 məktəbəqədər qrupa nəzarət edir
• Metodist hər bir məktəbi həftədə bir dəfə fəaliyyətlərini izləmək və rəy vermək üçün ziyarət edir
Məktəbəqədər qruplar
2-6 yaş arası uşaqlar həftədə 4 saat  yaş qrupu üzrə qruplarda iştirak edirlər;
• Əlilliyi olan uşaqlar da qruplara daxil edilir
• Valideynlər yeni valideynlik bacarıqları öyrənirlər və  qruplara qatılmağa təşviq olunurlar
• Erkən inkişaf üzrə müasir metodları - oyun vasitəsilə öyrənməyə güclü diqqət yetirilir
• Uşaqlar Azərbaycanda cəmiyyətin məhsuldar üzvləri olmağa hazırlaşdırılıq.
Təşkilat özü 1998-ci ildə "uşaqlara, onların sağlamlığına və təhsilinə xüsusi diqqət yetirməklə Azərbaycanda uzunmüddətli həyat inkişafına kömək etmək" missiyası ilə yaradılmışdır. Böyük Britaniyada qeydə alınmasına baxmayaraq, UAFA yerli bir QHT kimi fəaliyyət göstərir, uşaqların inkişafı, təhsil və  rifahı sahəsində ən yaxşı təcrübələri sayəsində yeni islahatlar həyata keçirir. Qurucu, Gwendolyn Burchell, 2004-cü ildə Kraliça tərəfindən  mükafata layiq görülmüşdür. 1998-ci ildən bəri Azərbaycanda yaşayır və işləyir.