Təhsil Avtobusu 2018

30 İYL 2018

"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbi layihəsi başa çatıb.
İyulun 17-dən start verilən layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 18 kənd, 17 şəhər məktəbindən dərs göstəricisi orta və zəif olan ümumilikdə 140-a yaxın şagird iştirak edib. Bu məktəblər sırasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə kəndlərdə tikilən modul tipli məktəblər də olub.
Yay məktəbi müddətində şagirdlər "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş”, "Sığorta” adlı təlimlərdə iştirak ediblər və "Nə? Harada? Nə zaman?" intellektual oyunu, “Code Tusi" komanda oyununa oyununa qatılıblar. 

Şirkətimiz artıq ikinci ildir ki, layihənin əsas tərəfdaşıdır. Qeyd edək ki, ötən ilki layihə regionlarda yerləşən universitet və kolleclərin tələbələrini əhatə edirdi və layihə bitdikdən sonra iştirakçı tələbələr şirkətin Bakı və region ofislərində tələbə təcrübə proqramında iştirak imkanı əldə etmişdilər. Bu il ENGİN layihənin əsas tərəfdaşı olmaqla yanaşı şirkətin korporativ əlaqələr üzrə mütəxəssisi Nərmin Qəhrəmansoy tərəfindən şagirdlərə kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlər keçirilib. 

Layihə şirkətin əsas korporativ sosial məsuliyyət istiqamətlərindən olan hər kəsə bərabər təhsil imkanları ideyasına əsaslanır.