Təcrübə proqramı başladı!

19 APR 2017

Gəncləri dəstəkləyən şirkət olaraq ENGIN onlar üçün yeni imkanlar yaradır və onlara ən yaxşı distribüsiya təcrübəsinə malik şirkətdə işləmək fürsəti verir! ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində şirkət dünya liderlərinin hazırlanması və tədqiqat işinin təşviqinə yönəlmiş, Azərbaycanda fəaliyyət göstərən ən innovativ universitetlərdən birinin tələbələrinə  real iş təcrübəsi verəcək. Təcrübə tələbənin müəyyən sahədə nə qədər potensialının olduğunu görmək üçün ən yaxşı yoldur. Məqsəd parlaq zəkalı gəncləri iş dünyasına daxil olmadan öncə faydalı iş təcrübəsi imkanı ilə təmin etməkdən ibarətdir. Təcrübə proqramının ilk iştirakçısı Maliyyə Departamentində ADA Universitetinin Biznesin İdarəedilməsi fakültəsinin tələbəsi oldu. Tezliklə Marketinq, İnsan resursları və Xarici əlaqələr şöbələri də təcrübə proqramına qoşulacaq.