Saatlıda Ahıska türkləri ziyarət edildi!

06 DEK 2019

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə edilmiş ziyarətdə Saatlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, Türkiyə səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, türkiyəli iş adamları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq sürgünün 75-ci ildönümünü simvolizə edən 75 ədəd ağac əkilib.Engin LTD də bu ziyarətdə aktiv iştirak edib, öz töhfəsini verdi.
Bundan sonra rayonun Qazanbatan kəndində yaşayan Ahıska türklərinin ağsaqqalı Ənsar Rizmanovun evi ziyarət edilib.
Ənsar Rizmanov Türkiyə və Azərbaycan dövlətinin Ahıska türklərinə olan qayğısından dolayı onlara öz minnətdarlığını bildirib.
Anma və xeyriyyə məqsədi daşıyan ziyarətdə Qazanbatan kənd əhalisinə ərzaq yardımı edilib və dəvət edilmiş həkimlər kənd sakinlərini müayinə edərək lazımi göstərişləri veriblər.
Qazanbatan kəndindən sonra rayonun Şirinbəyli kəndindəki Türk əsgərinin məzarı ziyarət edilib.