ENGİN təşkilati strukturun dəyişməsi və markanın yenidən tərtibini həyata keçirir

04 FEV 2016

ENGİN fəaliyyətə 2000-ci ildə başlayıb və həmin vaxtdan etibarən böyük uğurlar əldə edərək güclü distribusiya təşkilatına çevrilib. Bu, şirkətimizin on beş il ərzində nümayiş etdirdiyi nəticəyönümlü siyasətin və çevik fəaliyyətin nəticəsidir. ENGİN hər zaman dünyada gedən proseslərlə və fəaliyyət göstərən bazarlarla yaxından maraqlanıb. Şirkət davamlı olaraq dəyişən ətraf-mühitə müvafiq qaydada reaksiya verib və yeni vəziyyətlərə və şərtlərə uyğunlaşmağa daim hazır olub. Dünya bazarındakı son dəyişikliklər və qeyri-neft sektorunun əhəmiyyətinin artması göstərir ki, şirkət öz prinsiplərini qoruyaraq səylə çalışmalı və eyni zamanda, təşkilatın tərəfdaşları və təchizatçılarının fəaliyyətinə ən yaxşı şəkildə təsir etmək üçün yenilikləri diqqət mərkəzində saxlayaraq məlumat əsaslı müasir təşkilat formasına keçid etməlidir.

Son qərarlarla bağlı olaraq Şirkət yeni korporativ marka təqdim edib. Yeni loqotipin elementləri aşağıdakıları özündə əks etdirir: sol tərəfdəki üç halqa Şirkətin davamlı inkişaf,  innovasiya və tərəfdaşlar və təchizatçılarla sıx əməkdaşlıq quraraq işgüzar fəaliyyətin həm cari zamanda, həm də gələcəkdə inkişafını təmin etmək öhdəliklərini təcəssüm etdirir. Son hərfin üzərindəki kiçik qırmızı nöqtə ENGİN-in açıq fikirli yanaşmasını və bütün hallarda işgüzar fəaliyyəti yüksək səviyyədə saxlamağa hazır olmasını göstərir.      

ENGİN haqqında

ENGİN Azərbaycanda 2000-ci ildən etibarən fəaliyyət göstərən Distribusiya Şirkətidir. Şirkət dünyanın bir çox nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir, onlara Procter & Gamble, Ferrero, Tat, Eczacibashi, Berkshire Hathaway, Fater, General Electrics, Kellog’s, United Biscuits və digərləri daxildir. Uğurlu tərəfdaşlıq əlaqələri sayəsində ENGİN-in tərəfdaşları sırasına Ariel, Pampers, Gillette, Pringles, Ace, Duracell, Selpak, Kinder Surprise, Nutella, Rafaello, McVities, Tat, General Electrics və s. kimi məşhur və aparıcı markalar daxil olmuşdur. 15 illik fəaliyyət müddəti ərzində Şirkət ölkənin bütün regionlarını əhatə edən səmərəli distribusiya şəbəkəsi qurmağa müvəffəq olmuşdur. Davamlı inkişafı təmin etmək öhdəliyi daşımaqla və distribusiya prosesinin bütün mərhələlərində ən mükəmməl nəticələr əldə etməyi qarşıya məqsəd qoymaqla ENGİN istehlakçı malları sahəsində bütün regionda ən təcrübəli və yenilikçi şirkətlərdən birinə çevrilmişdir.