Portfelimizin yeni məhsulları: ACE sprey köpük və ACE gel

26 İYN 2017

ACE Fater şirkətinin davamlı olaraq genişlənən yeni seriya brendidir. Artıq istehlakçılarımıza mövcud brendlərlə yanaşı yeni ACE sprey köpük və ACE gel seriyalarını da təqdim edirik. ACE 2015-ci ildən etibarən Fater şirkətinin toz və maye şəkilli məhsul çeşidlərinin sayını artırmaqdadır.

Fater italyan bazarında şəxsi gigiyenik hopdurucu məhsulların, Avropa bazarında isə ağardıcı məhsulların istehsalı üzrə aparıcı şirkətdir. Angelini ailəsi tərəfindən 1958-ci ildə Peskara şəhərində yaradılmış Fater 1992-ci ildən etibarən Angelini Group və Procter&Gamble arasında bərabər qaydada paylaşdırılmış birgə müəssisə kimi fəaliyyət göstərir. Fater davamlı inkişafa yönəlmiş dinamik şirkətdir və öz pul dövriyyəsinin 3%-ini tədqiqat və inkişafa yatırır. Şirkətin İtaliya (Peskara və Kompokyaro) , Portuqaliya (Porto) və Mərakeşdə (Məhəmmədiyyə) istehsal zavodları mövcuddur. Fater-də 1.400 işçi çalışır və şirkətin pul dövriyyəsi 915 milyon avro təşkil edir.