Portfelimizdə yeni DANONE məhsulları!

25 MAY 2017

Danone şirkəti artıq Engin LTD-nin təkcə Tyoma məhsulu üzrə yox, eyni zamanda “Activia”, “Danissimo”, “Actimel”, “Actual” üzrə də rəsmi tərəfdaşıdır. 22 May tarixindən yeni məhsulların Engin tərəfindən mağazalara distribusiyasına start verilmişdir.

BSN və Gervais Danone şirkətlərinin 1972-ci ilin dekabrında birləşməsindən ərsəyə gələn Danone şirkətinin hekayəsi Daniel Karasso və Antuan Ribaudun gözlənilməz görüşü ilə başlamışdır.

Hal-hazırda Danone baş ofisi Parisdə yerləşən Fransanın beynəlxalq ərzaq məhsulları korporasiyasıdır. Şirkətin dörd biznes xətti vardır: Təzə Süd məhsulları, Sular, Uşaq Qidaları və Tibbi Qidalar. ABŞ-da şirkət Dannon Company kimi fəaliyyət göstərir. Şirkət Euronext Paris və OTCQX bazarlarında ADR (Amerika Əmanət Sənədi) proqramı vasitəsilə siyahıya salınmışdır. Danone 130-dan çox bazarda təmsil olunur və 2015-ci ildə yarısından çoxu inkişaf etməkdə olan ölkələrdə olmaqla, 22,4 milyard Avroluq satış həyata keçirmişdir. 2015-ci ildə şirkətin ümumi satış həcminin 50%-ni təzə süd məhsulları, 22%-ini uşaq qidaları, 21%-ni sular və 7%-ni isə Tibbi Qidalar təşkil etmişdir.