Ferrero şirkətinə məxsus olan mallar Polşa və İtaliya zavodlarından idxal olunur.

11 NOYD 2016

“Engin LTD” şirkəti İtaliyanın Ferrero Group şirkətinin 2003-cü ildən Azərbaycanda ekskluziv distributorudur. Ferrero Group dünyanın böyük şokolad istehsalçılarından biridir. Onun zavodları dünyanın bir çox nöqtəsində fəaliyyət göstərir və məhsulların üzərində göstərilən məlumatlar bir neçə dildə əks olunur. 

Məhsullar birbaşa və ya səlahiyyətli distributorlar vasitəsilə dünyanın 160-dan çox ölkəsində təqdim olunur və “Nutella”, “Ferrero Rocher”, “Rafaello” və digər markaları ilə daha çox məşhurdur.  

Engin LTD "Ferrero” məhsullarını Azərbaycana Polşa və İtaliyadan idxal edir.

Bunu təsdiqləyən sənədləri aşağıdakı keçiddən əldə edə bilərsiniz.

Sənədlər