ENGIN portfelinə qoşulan yeni partnyor: BORJOMI

20 DEK 2016

“Borjomi” MDB və Baltikyanı ölkələrdə təbii mineral suyun ən böyük istehsalçısı və mineral suların qablaşdırılması üzrə lider olan IDS Borjomi International şirkətinin bir hissəsi - IDS Borjomi Georgia tərəfindən istehsal edilir. Borjomi karbon dioksidin 10 km dərinlikdən suyu yerin səthinə çıxarması nəticəsində 1500 il yaşı olan qədim vulkanik bulaqdan qaynaqlanır.  Yerin səthinə çatana qədər Qafqaz dağlarının qayaları suyu 60 fərqli mineral birləşmə ilə zənginləşdirir.

“Borjomi” suyunun sənaye üsulu ilə doldurulub qablaşdırılmasına ilk cəhd 1850-ci ildə göstərilmişdi. O zaman Borjomi hərbi xəstəxanasının əczaçısı Zaxarov mineral suyu 1300 butulkaya doldurmuş və satışa çıxarmışdı. 1900-cü ildə “Borjomi” mineral suyunun istehsalı ilk dəfə ildə bir milyon butulkanı ötmüşdü.“Borjomi” ilk dəfə 1980-ci ildə brendə çevrilmişdir və o zaman onun ağ-qırmızı rəngli etiketi SSRİ ərazisindəki istehlakçıları arasında məşhurlaşmışdı. 

“Borjomi” suyunun keyfiyyətə nəzarət sistemi onun hasil edilməsindən tutmuş qablaşdırılmasına və çatdırılmasına qədər bütün mərhələlərdə istehsalat prosesinə nəzarət etmək imkanı verir. Bundan əlavə, suyun keyfiyyətinə nəzarət sistemi ISO 22000 prinsiplərinə (qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin qiymətləndirilməsi üzrə ən müasir sistem) tam uyğundur, “Borjomi”nin özü isə birinci mineral sudur ki, MDB və Baltik ölkələrində ISO 22000 keyfiyyət standartına layiq görülmüşdür.

“Borjomi” mineral suyu həm şüşə, həm də plastik qablaşdırmada təqdim edilir. Artıq yeni məhsulları mağazalardan əldə edə bilərsiniz.