Engin LTD-nin sponsoru olduğu “Sıçrayış” UBK 2019-2020-ci il mövsümü

09 DEK 2019

“Təhsil” Respublika idman Mərkəzinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 2019-2020 –ci il mövsümündə basketbol üzrə Respublikanın  13, 15  və 17 yaşadək  (U13, U15, U17) qız və oğlanlardan ibarət komandaları “ABF-Təhsil” Liqasının təşkil etdiyi oyunlarda iştrak edilər.”Sıçrayış UBK” bu liqada U13, U15, U17 oğlanlar və U13, U15  qızlardan ibarət komandaları ilə yarışlara qatılmışdır. Bu liqada hər yaş qrupunda Respublikanın ən güclü 8-12 komandaları güclərini sınayacaqlar.

“ABF-Təhsil” Liqasında  qeyd olunan yaş qrupları üzrə idman məktəbləri və  idman klublarını  təmsil edən 49 komanda mübarizə aparır. İki dövrədən ibarət olan “ABF-Təhsil” Liqasının oyunları 2020 ci ilin iyun ayına qədər davam edəcək.

Komandalarımız  bu yarışlara inamla qatılaraq ardıcıl qələbələrlə yadda qalmışdır.

U13 oğlanlardan ibarət komandamız 6 oyundan 6 qələbə əldə edərək  finala doğru inamla irəli gedir.

U15 komandamız 6 oyundan 5 qələbə əldə edərək turnirin lider komandalarından biri olaraq yarışlara davam edir və tam gücü ilə hər oyuna hazırlaşırlar. Komandamızın hər oyunçusu oyunlara inamla qatılır və çempionluq uğrunda öz güclərini əsirgəmirlər.

U17 lərdən ibarət komandamız da 2019-2020 -ci il mövsümünə uğurla qatılmışdır. Ilk oyunda Sumqayıt təmsilçilərini  71-14 böyük fərqlə qələbə əldə edərək növbəti oyunlara hazırlıq məşqlərinə davam edirlər. Əldə olunan nəticələr oğlanlardan ibarət bütün komandalarımızın artıq Azərbaycanda hər yaş qrupunda ən güclü basketbol klublarından birinə çevrildiyini sübut etmişdir.

“Sıçrayış UBK” -nın U13 və U15 lərdən ibarət qız komandalarımız ilk dəfə olaraq bu liqaya qatılmışdırlar.

U13 qızlardan ibarət komandamız iki oyundan bir qələbə əldə etmişdir, U15 komandamız isə üç oyundan bir qələbə əldə edərək çempionatda yarışlara davam edirlər. İnanırıq ki, qızlarımız da bu yarışlarda təcrübə əldə edərək qələcəkdə oğlan komandalarımız kimi Respublikamızın ən güclü komandalarından birinə çevriləcəkdir.

Bu liqa ilə yanaşı 2020 ilin mart ayında U14 lərdən ibarət komandalarımız “Jr.NBA Global Championship”  proqramı çərçivəsində  “Jr.NBA Azerbaijan” turnirində iştirak  edəcəkdir.

Bu yarışlarda Azərbaycanın bütün bölgələrindən 13-14 yaş oğlan və qızlardan ibarət basketbol komandalarının qatılması planlaşdırılır.

Qalib komanda bu yarışlar çərçivəsində dunya çempionatına vəsiqə qazanacaqdır.