ENGIN LTD-nin illik hesabat tədbiri

08 FEV 2017

​7 Fevral 2017-ci il tarixində, “28 Mall” AVM, Cinema Plus-da ENGİN LTD-in illik hesabat tədbiri keçirilmişdir. Şirkətin direktoru Gürkan Andaç əməkdaşlara 2016-cı il üçün əldə olunan nailiyyətlər və 2017-ci il üçün qoyulan məqsədlərlə bağlı təqdimat verdi. O, bütün bu uğurlu illər boyunca şirkətin bir parçası olduqlarına görə onlara öz minnətdarlığını bildirdi. Ardınca, şirkətin korporativ mədəniyyəti əsasında seçilmiş əməkdaşlar BEYOND mükafatları ilə təltif olundular. Bu mükafatlar ingilis sözü olan “beyond” kəlməsinin açılışını, yəni gözləntiləri aşaraq fəaliyyət göstərdiyimizi əks etdirir və özündə brend, ətraf mühit, əməkdaşlar, əməliyyatlar, ehtiyaclar və inkişaf kimi əhəmiyyətli faktorları birləşdirir. Biz inanırıq ki, BEYOND bizim şirkətdəki gündəlik fəaliyyətimizi tamamilə əks etdirir, çünki bizim hamımız gözləntilərin üzərində fəaliyyət göstərir, llimitlərimizi aşır və əlimizdən gələnin daha artığını edirik. Günün sonunda Enginin korporativ videosu təqdim edildi.