ENGİN kuboku uğrunda basketbol yarışı!

28 YAN 2017

 

26, 27, 28 yanvar tarixlərində “Sıçrayış” klubu ENGİN kuboku üçün basketbol turniri təşkil etdi. İştirakçılar 3 yaş qrupuna bölünmüşdülər: 2002-2003, 2004-2005; 2006-2007, 2008-2009.

Bütün iştirakçılar içərisindən ən yaxşı oyunçulara yazda keçiriləcək ölkə miqyaslı turnirdə iştirak hüququ veriləcək.

Hazırda klub Bakıdakı 6 məktəbdə fəaliyyət göstərir. ”Sıçrayış” klubunun baş məşqçisi 16 yaşlı yeniyetmələrdən ibarət komandanın aparıcı məşqçisi və Milli Basketbol Komandasının rəsmi məşqçisi Elşən Yusubovdur. Əməkdaşlıq çərçivəsində ENGİN klubda dərslərin effektiv olması və Azərbaycanın regionlarında basketbolun inkişafına dəstək məqsədilə brend ləvazimatlara və təchizata investisiya qoyur.