"Elvan Gıda"- Dünyanın ən məşhur şirniyyat şirkətlərindən biri

21 AVG 2018

Avqust ayından etibarən yeni partnyorumuz olan “Elvan” məhsulları artıq satışa çıxarılıb. 1952-ci ildə İstanbulda bir şirniyyatçı dükanı olaraq fəaliyyətə başlayan “Elvan Gıda” bu gün 6-ı Türkiyə daxilində, 2-i xarici ölkələrdə yerləşən fabrik və 2000-ə yaxın işçiyə sahib olan qlobal bir şirkətdir. Elvan Şirkətlər Qrupuna daxil olan “lntersweet” şirkəti 5 qitədə 100-dən artıq ölkəyə ixrac həyata keçirərək və 200 milyon dollara yaxın investisiya yatıraraq Türkiyənin ən böyük 5-ci ixracat şirkətidir. “Elvan Gıda” hər il “Candy lndustry” tərəfindən hazırlanan və dünyanın ən yaxşı şirniyyat şirkətlərini siyahıya alan “Global 100” siyahısına daxil olaraq 81-ci yerə layiq görülüb. Eyni zamanda, şirkət Türkiyə brendlərini dünya markasına çevirmək məqsədilə həyata keçirilən “Turquality” proqramına daxil edilmişdir.

Qeyd edək ki, bazara təqdim etdiyimiz Elvan məhsulları Toto sürprizli yumurta, Toto cornet, Gusto kruassanları, Fiorella plitka şokolad və vafliləri olacaqdır.