Cocuq Mərcanlıda Yaz Məktəbi

10 MAR 2019

Korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətii olaraq ENGİN hər zaman təhsil layihələrinə xüsusi diqqət ayırır. Bu məqsədlə, şirkətin öz təşəbbüsü ilə 8-10 mart tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük “Qayıdış” Yaz Məktəbi keçirilib.  “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır.  Yaz Məktəbi çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri və kənddə yaşayan gənclər təlimçi və ekspertlər tərəfindən keçiriləcək incəsənət, yaradıcılıq, biznes, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər.

Layihənin həyata keçməsində göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramına xüsusi təşəkkürümüzü bildiririk!