SAP ABAP Developer

16 AVG 2018 - 16 SEN 2018

SAP ABAP Tərtibatçısı
Vəzifə: SAP ABAP Tərtibatçısı
Yer: Baş Ofis
Şöbə: İT
Məruzə etdiyi şəxs: ERP (Korporativ Məlumat Planlaması) Şöbəsinin Rəhbəri
Tabeliyində olan şəxs: Yoxdur
Öhdəlikləri: 
ABAP tərtibatçısı işgüzar məqsədlərlə SAP tətbiqetmələrinin tərtib olunmasına görə məsuliyyət daşıyır.  
Şirkət daxilində:
Bütün Şöbələr    Şirkət xaricində:
Bütün Tərəflər
Tələblər:
•    Təhsil: Ali təhsil 
•    Təcrübə: ABAP üzrə proqramlaşdırma sahəsində minimum 2 il iş təcrübəsi;
•    Prosedurlarla bağlı və obyektə yönəlmiş proqramlaşdırma metodlarına dair güclü biliklər  
•    Yeni SAP  NetWeaver ABAP texnologiyalarından istifadə üzrə SAP tərtibat təcrübəsi 
•    ABAP Objects, Web Dynpro, BAPIs, BADIs, User-Exits, SAPSCRIPT, Smartforms, AdobeForms üzrə təcrübə.
•    EDI, RFC interfeysləri üzrə təcrübə.
•    Müştərilərə istifadəçi interfeysinin layihələndirilməsi və kompromis barədə məsləhət vermək üçün SAP UI5-dən əlavə HTML5, JavaScript və CSS üzrə də ixtisaslaşmış olmalı
•    Sazlama, məhsuladırlığın artırılması, dinamik təhlil və sistem nəzarəti üzrə geniş təcrübə.
•    SAP MM/SD üzrə SAP Tərtibat təcrübəsi 
•    Dil: Azərbaycan, İngilis,Rus (hamısı səlis)
•    Əsas mühasibatlıq sənədləri və tələb olunan maliyyə bəyanatlarına dair bilik;

Peşəkar/Fərdi bacarıqlar:

•    Güclü məsuliyyət hissi 
•    Əla təşkilatçılıq bacarıqları
•    Stres altında çalışmaq və işi qısa vaxt ərzində təhvil verməklə bağlı təsdiqlənmiş bacarıq 
•    Parlaq və qətiyyətli şəxsiyyət
•    Son dərəcə xoş və ünsiyyətcil
•    Nəzarətsiz və iş saatlarından kənarda işləmək imkanı ilə yanaşı, çevik və yetkin yanaşma 
İşin Təsviri:
•    SAP təkmilləşdirmələri və bazara çıxarılan yeni məhsulların layihələndirilməsinə dair öz fikirlərini bildirmək, məsləhət və düşüncələrini təklif etmək, həmçinin rəy bildirmək. 
•    Komanda və şöbənin tərtibat standartlarına cavab verən keyfiyyət kodu və əlaqədar sənədlər tərtib etmək.
•    Proseslərin təkmilləşdirilməsi və yeni funksiyaların tərtib olunmasını asanlaşdırmaq üçün xüsusi komanda ilə əlaqəli çalışmaq.
•    Təhlil, tərtibat, sınaq, izləmə və həll etmə də daxil olmaq SAP üzrə yardım göstərmək.
•    Vaxtın idarə olunası və tapşırıqların prioritetləşdirilməsinə qarşı məntiqi və struktur yanaşma nümayiş etdirmək.
•    Yüksək səviyyədə kommunikasiya bacarıqları nümayiş etdirmək (şifahi və yazılı). 

CV-lərin təqdim olunması üçün son tarix: 16.09.2018

Müraciət etmək üçün cv@engin.az e-poçt ünvanına mövzu yerində “SAP ABAP Tərtibatçısı” yazaraq  CV-nizi göndərə bilərsiniz.