Satış təhlilçisi

15 AVG 2018 - 05 SEN 2018

Vəzifə: Satış Təhlilçisi
Yer: Bakı
Şöbə: Satış
Məruzə etdiyi şəxs: Satış Şöbəsinin Rəhbəri
İşçi tapşırığı aldığı şəxs: Satış Şöbəsinin Rəhbəri
Tabeliyində olan şəxs: Yoxdur
Aşağıdakılarla çalışır:

Şirkət daxilində:
Bütün şöbələrlə
    
Şirkət xaricində:
Partnyorlarla
Tələblər:

•    Təhsil: Ali Təhsil (İqtisadiyyat, Maliyyə, Biznes Administrasiyası)
•    Təcrübə: Bu sahə üzrə minimum 2 il iş təcrübəsi
•    Dil: Azərbaycan, Rus, İngilis (hamısı səlis)
•    Kompyuter bilikləri: Qabaqcıl kompyuter bilikləri (Excel)

Peşəkar/Fərdi bacarıqlar:

•    Mükəmməl problem həlli və təşkilatçılıq bacarıqları
•    Məqsədyönlü və zəif nəzarət altında işləyə bilən.
•    Mükəmməl yazılı və şifahi kommunikasiya bacarıqları.
•    Qabaqcıl təqdimat bacarıqları 
•    Qabaqcıl şəxslərarası ünsiyyət və kommunikasiya bacarıqları. 
•    İşə ciddi yanaşma. 
•    Komandada işləmək bacarığı. 
•    İşləri vaxtında təhvil vermək və stress altında işləmək bacarığı. 
•    Müxtəlif tapşırıqları idarə etmək bacarığı. 
•    İstənilən vaxt işləyə bilmə çevikliyi. 
•    Mütəmadi səfər etməyə razı olan.

İşin təsviri:

•    Satış hesabatlarındakı məlumatları təhlil məqsədilə toplayır.
•    İri həcmdə məlumatları qiymətləndirmək üçün metod və strategiyalar hazırlayır. 
•    Məhsuldarlıqdakı tendensiyaları təyin etmək üçün keçmiş satış məlumatlarını yaxından araşdırır. 
•    Satış büdcələrini gözdən keçirir.
•    Rəqib şirkətləri və ətraf bazarı tədqiq edir.
•    İstehlakçı bazası və hədəf kütlə arasındakı alış-veriş və satınalma tendensiyalarını araşdırır. 
•    Gələcək tendensiyaları müəyyən etmək üçün satışın proqnozlaşdırılması proqramından (SAP Bİ) istifadə edir.
•    Toplanılmış məlumatlar əsasında satışın qiymətləndirilməsi üzrə hesabatlar hazırlayır. 
•    Şirkət rəhbərləri, direktorlar və/yaxud baş icraçı direktorlara satış hesabatları təqdim edir.
•    Satış və qazancı artırmaq məqsədilə reklam strategiyalarına düzəliş və dəyişikliklər təklif edir.  
•    Satış strategiyası üzrə toplantılarda iştirak edir.
•    Satış tendensiyalarını və yeni marketinq strategiyalarını izah etmək məqsədilə heyət üçün məlumatlandırıcı iclaslar keçirir. 
•    Müştərilər üçün istənilən növ balla qiymətləndirmə kartları hazırlayır.
•    Müştəri inkişafına qoyulan bütün sərmayələrin faydalılığına dair hesabat verir. 

Son tarix: 05.09.18
Müraciət etmək üçün cv@engin.az e-poçt ünvanına mövzu yerində “Satış Təhlilçisi” yazaraq CV-nizi göndərə bilərsiniz.