Ticari Marketinq

Müştərilərimizin daim inkişaf etməsi və sayca artması əsas məqsədlərimizdən biridir. Şirkətdəki Ticari Marketinq komandamız müştərilərimizə öz satışlarını artırmaq və biznes fəaliyyətlərini inkişaf etdirmək imkanı yaratmaq üçün brendin idarə olunması qaydası ilə birlikdə bazara çıxış strategiyaları üzrə ən yaxşı təcrübələri tətbiq edir. Biz düşünürük ki, ümumi məqsədə yönəlmiş birgə səylər bizə bazarda bütün rəqibləri qeyri-proporsional şəkildə üstələmək imkanı verəcək. İşgüzar fəaliyyətimizə ən yaxşı şəkildə töhfə verə biləcəyinizi və öz vəzifənizdə inkişafa nail olacağınızı düşünürsünüzsə, Ticari Marketinq şöbəsindəki cari və gələcək vakant yerlərə müraciət edin!