Hüquq və audit

Beynəlxalq və yerli qanunlara hüquqi qaydada riayət etmək, işgüzar fəaliyyətdə şəffaflığı ön planda tutmaq, daxili qaydalara və təlimatlara əməl etmək yalnız Hüquq Şöbəsinin və Audit Şöbəsinin əməkdaşları üçün deyil, həmçinin, şirkətimizdə işləyən hər bir şəxs üçün əsas prioritetlərdir. Hüquq şöbəsinin və Audit şöbəsinin əməkdaşları şirkətin ümumi fəaliyyətinin yuxarıda qeyd olunan prioritetlərə uyğun olmasını təmin etmək və eyni zamanda ENGİN-i şirkətin hüquqlarını pozan və onun aktivlərindən qeyri-düzgün şəkildə istifadə edən şəxslər qarşısında müdafiə etmək üçün səylə çalışır. İşgüzar fəaliyyətimizə ən yaxşı şəkildə töhfə verə biləcəyinizi  və öz vəzifənizdə inkişafa nail olacağınızı düşünürsünüzsə, Hüquq Şöbəsi və ya Audit Şöbəsindəki cari və gələcək vakant yerlərə müraciət edin!