Maliyyə və mühasibatlıq

Maliyyə hesabatlarına nəzarət, büdcələrin hesablanması və proqnozlaşdırılması, şirkətin gəlirlərinin idarə olunması bizim işgüzar məqsədlərimizin formalaşmasına və uzunmüddətli planların hazırlanmasına kömək edir. Maliyyə və Mühasibat işgüzar fəaliyyətimizi ən yaxşı üsulla həyata keçirmək üçün daxili və xarici maliyyə mühitləri, analitik və tənqidi düşüncə tərzi, gözlənilməz situasiyaların proqnozlaşdırılması və idarə olunması ilə bağlı dərin bilik və anlayış tələb edən bir sahədir. İşgüzar fəaliyyətimizə ən yaxşı şəkildə töhfə verə biləcəyinizi və öz vəzifənizdə inkişafa nail olacağınızı düşünürsünüzsə, Maliyyə və Mühasibat şöbəsindəki cari və gələcək vakant yerlərə müraciət edin!