Haqqımızda

ENGİN-in nailiyyətlər və zəngin təcrübə ilə dolu fəaliyyəti 2000-ci ildə başladı. Həmin tarixdən etibarən şirkətin fəaliyyətində bir çox dəyişikliklər həyata keçirilmiş və nəticə etibarilə ENGİN ölkənin qeyri-neft sektorunda aparıcı şirkətlərdən birinə çevrilmişdir. Strukturunun əsası "davamlı inkişaf"olan ENGİN effektiv distributor təşkilatıdır. Bakıda bir ofislə fəaliyyətə başlayan şirkət qısa zaman çərçivəsində ölkənin strateji cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən digər 7 şəhərində (İmişli, Xaldan, İsmayıllı, Quba, Cəlilabad, Gəncə, Zaqatala) də öz regional ofislərini açmağa müvəffəq oldu. Bu ofislərin fəaliyyətə başlaması bizə səmərəli şəkildə formalaşdırılmış distributor şəbəkəmiz vasitəsilə bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmətlər təklif etmək imkanı yaratdı. 2000-ci ildə biz "Procter & Gamble" ilə ilk rəsmi distributor müqaviləmizi bağladıq və həmin vaxtdan etibarən biz ilk və dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməklə yanaşı yeni tərəfdaşlar da qazanmışıq.           

Biz əsas diqqəti fəaliyyətimizin davamlı şəkildə təkmilləşməsinə yönəltmişik və gələcək inkişafımızı təmin etmək üçün yaranmış hər bir imkandan istifadə edirik. İnanırıq ki, tərəfdaşlarımız və müştərilərimizlə davamlı birgə səylərimiz həm bizim fəaliyyətimiz, həm də xidmət göstərdiyimiz şəxslər üçün ən yaxşı nəticələrə yol açacaq.

"Davamlı inkişaf" ideyamızı reallaşdırmaq üçün biz öz xüsusi yanaşmamızı hərtərəfli şəkildə işləyib hazırlamışıq

Biz düşünürük ki, istehlakçıların ehtiyaclarını qarşılayan markalarımızın fəaliyyəti üzrə ən yüksək səmərəliliyə nail olmaq olduqca vacibdir. ENGİN hər birimizin gündəlik olaraq çox rahatlıqla istifadə etdiyi yüksək keyfiyyətli məhsulları ərsəyə gətirən nüfuzlu dünya şirkətlərinin sadiq tərəfdaşıdır. Bu səbəbdən də ENGİN`in yüksək profilli tərəfdaşlarımızın  gözləntilərini doğrultmalı olduğunu anlayırıq.

Şirkətimiz bizi əhatə edən ətraf-mühiti də hər zaman diqqət mərkəzində saxlayır. Biz işlərimizin həm əməkdaşlarımız, həm də ətraf-mühit üçün təhlükəsiz şəkildə icra olunması üçün fəaliyyətimizin təkmilləşməsinə çalışırıq.

İşçilərimiz bizim ən önəmli sərvətimizdir, məhz bu səbəbdən, biz onların həm şəxsi həyatlarında xoşbəxt olmalarını, həm də karyeralarında böyük nailiyyətlər qazanmalarını istəyirik. Biz əməkdaşlarımızın bütün gözləntiləri doğruldaraq öz işlərini  peşəkarcasına həyata keçirmələri üçün onların inkişafına davamlı olaraq sərmayə yatırırıq.

Biz öz tərəfdaşlarımızın və müştərilərimizin distributor sahəsində mümkün olan ən yaxşı nəticəyə nail olmaları üçün distributor prosesinin bütün mərhələlərini mükəmməl şəkildə icra etmək öhdəliyi daşıyırıq. Şirkətimiz öz fəaliyyətində məlumatların emalına önəm verdiyinə görə biz hər zaman səmərəli və sərfəli iş ərsəyə gətirmək üçün texnologiya və innovasiyalardan istifadə edirik.

Biz öz portfelimizi müvafiq qaydada inkişaf etdirmək üçün müntəzəm araşdırma və tədqiqatlar aparmaqla bazarın tələblərini davamlı şəkildə təhlil edirik. Biz bu tələbləri ən düzgün qaydada və ən qısa zamanda təmin etməyin ən yaxşı yollarını tapmaq üzərində işləyirik.